Nüfuzlu idman nəşrlərini özündə birləşdirən Avropa İdman Jurnalistləri Assosiasiyası fevral ayı üçün “köhnə qitə”nin rəmzi komandasını elan edib.
Bu seçimi futbolçuların daxili çempionatlardakı çıxışlarına əsasən jurnalistlər aparıb.
Sorğunun nəticəsinə görə, rəmzi komandada aşağıdakı 11 futbolçu yer alıb:
De Hea (“Mançester Yunayted”, İngiltərə); Kalabriya (“Milan”, İtaliya), Hummels (“Bavariya”, Almaniya), Kyellini (“Yuventus”, İtaliya), Jordi Alba (“Barselona”, İspaniya); De Breyne (“Mançester Siti”, İngiltərə), Villian (“Çelsi”, İngiltərə), Allan (“Napoli”, İtaliya); Messi (“Barselona”, İspaniya), Qrizmann (“Atletiko”, İspaniya), Salah (“Liverpul”, İngiltərə).