“Bakı-2015” I Avropa Oyunları Ukraynada da yayımlanacaq.
Korner.az-ın məlumatına görə, oyunlar “1-ci milli kanal” (НТКУ) vasitəsilə tamaşaçılara təqdim ediləcək.
Kanal Avropa Oyunlarının 100 saatının yayım hüququna malik olacaq. Artıq tərəflər arasında yayım müqaviləsi imzalanıb.
Qeyd edək ki, 12 – 28 iyunda keçiriləcək I Avropa Oyunları Avropa, ABŞ, Hindistan, Çin və bir çox ölkələrdə yayımlanacaq.
