Avro-2024: IV tura yekun vurulur
20.06.2023 , 10:21
Bu gün Avro-2024-ün seçmə mərhələsinin IV turuna yekun vurulacaq.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda iki görüş keçiriləcək. III turda millimizlə Bakıda heç-heçə edən Estoniya evində Belçikanı qəbul edəcək. Avstriya isə İsveçin müqavimətini qırmağa çalışacaq.
Gürcüstan yığması səfərdə Şotlandiya ilə qarşılaşacaq. Macarıstan Litvanı, Portuqaliya İslandiyanı sınağa çəkəcək.
Avro-2024
Seçmə mərhələ, IV tur
20 iyun
A qrupu
22:45 Şotlandiya – Gürcüstan
22:45 Norveç – Kipr
Xal durumu: Şotlandiya – 9, Gürcüstan – 4, İspaniya – 3, Norveç – 1, Kipr – 0
E qrupu
22:45 Moldova – Polşa
22:45 Farer adaları – Albaniya
Xal durumu: Çexiya – 7, Polşa – 3, Albaniya – 3, Moldova – 2, Farer adaları – 1
F qrupu
22:45 Estoniya – Belçika
22:45 Avstriya – İsveç
Xal durumu: Avstriya – 7, Belçika – 4, İsveç – 3, Estoniya – 1, Azərbaycan – 1
G qrupu
22:45 Bolqarıstan – Serbiya
22:45 Macarıstan – Litva
Xal durumu: Serbiya – 6, Macarıstan – 4, Monteneqro – 4, Bolqarıstan – 1, Litva – 1
J qrupu
22:45 İslandiya – Portuqaliya
22:45 Bosniya və Herseqovina – Lüksemburq
22:45 Lixtenşteyn – Slovakiya
Xal durumu: Portuqaliya – 9, Slovakiya – 7, Lüksemburq – 4, Bosniya və Herseqovina – 3, İslandiya – 3, Lixtenşteyn – 0.