“Atletiko” may ayında transferini tamamladığı Anhel Korrea transferində problem yaşayıb.
Korner.az xəbər verir ki, “San Lorenzo”dan gələn futbolçunun ürəyin genişlənmə aşkar edilib və o, müalicə üçün Nyu-Yorka göndərilib.
Qeyd edək ki, 7,5 milyon avro qarşılığında transfer olan futbolçu 6 ay sonra meydanlara dönə biləcək.