Madrid “Atletiko”su İspaniya La Liqasında yeni texnologiyanın tətbiqinə başlayıb.
Korner.az-ın məlumatına görə, komandanın məşqçisi German Burqos “Hetafe”yə qarşı keçirilən oyunu “Google” eynəyi vasitəsilə izləyib və lazımi statistik nəticələri məşqçilər korpusuna ötürüb.
Oyundan sonra açıqlama verən Burqos Mursiya Universiteti və La Liqanın teleyayım qurumu “Media Pro”nun təşəbbüsü ilə başladılan bu işin məşqçilər üçün çox faydalı olacağını deyib.
