İspaniyanın “Atletik” (Bilbao) klubunun yeni baş məşçqisinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Bildirilir ki, komandanı gələn mövsümdən Xose Anxel Ziqanda çalışdıracaq.
Buna qədər Bilbao klubunun B komandasının baş məşqçisi olan ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, iki gün gün əvvəl istefa verən Ernesto Valverdenin yerinə gəlib.
Qeyd edək ki, 50 yaşlı çalışdırıcı daha əvvəl “Osasuna” və “Xerez” komandalarını çalışdırıb.