İngiltərənin “Vest Hem” klubunda icarə əsasında çıxış edən Gökhan Törə “Beşiktaş”a qayıdıb.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Futbolçu mövsümün əvvəlində “Beşiktaş”dan London təmsilçisinə icarəyə göndərilmiş, lakin ümidləri doğrultmamışdı.
Xatırladaq ki, oyunçu “Vest Hem” forması ilə bu mövsüm 8 matçda iştirak edib.
