"Atletik" (Bilbao) klubu Madrid "Real"ında forma geyinən Asyer İlyaramendi ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu xəbəri "Mundo Deportivo" yayıb. Bilbao təmsilçisi futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədi.
Qeyd edək ki, "İllara"nın özü də bu transferə qarşı deyil.