“Aston Villa” baş məşqçisini göndərdi
08.11.2021 , 16:33
“Aston Villa” baş məşqçisi Din Smitlə yollar ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Smit 2018-ci ildən “Aston Villa”nı çalışdırırdı.