"İnter"in Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Asteras"la keçirəcəyi cavab oyununun biletləri satışa çıxarılıb. Korner.az-ın məlumatına görə, Tripolisdə baş tutacaq cavab qarşılaşmasının biletlərinin qiymətləri 15-25 avro (14,27 – 23,78 manat) arasında dəyişir.
Qeyd edək ki, "Asteras Tripolis" – "İnter" oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.