İsrailin "Beytar" klubunun yanvarın 9-da Çeçenistanın "Terek"i ilə yoxlama matçı keçiriləcəyi haqda məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, bu matç baş tutmayacaq. Bu barədə xəbəri İsrail mətbuatı yayıb.
Belə ki, yəhudi əsilli azərbaycanlı Telman İsmayılovun İsrail tərəfindən işğal olunmuş Qüdsün "Beytar" futbol klubunu Çeçenistana aparmaq cəhdi baş tutmayıb.
Buna səbəb Yerüsləmim təmsilçisinin futbolçularının Qrzonıya getməkdən imatina etməsidi.
İsrail saytlardan birinə müsahibə verən futbolçular Çeçenistan imtinasını belə dəyərləndiriblər:
"Çətin ki, kimsə buna razılıq versin. Pul – hələ hər şey deyil. Biz fahişə deyilik, bizim həyatımız və bizim hisslərimiz puldan daha önəmlidir".