big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Aslan” yenidən kükrəyə biləcəkmi? (YAZI)

10.08.2014 , 23:29

Ötən mövsüm “Qalatasaray” üçün xeyli təzadlı oldu. Komanda mövsümün müəyyən dövrlərini yetərincə zəif keçirsə də, finişə yaxın yığılan sürət mövsümü major notlarla bitirməkdə yadımçı oldu. İtalyan mütəxəssis Roberto Mançini ilk mövsüm üçün rəhbərliyin ondan tələb etdiyi öhdəlikləri yerinə yetirsə də, bu, onun komandadan böyük müəmmalar çərçivəsində qovulmasına mane olmadı. Bu barədə mən bundan öncə də yazı hazırladığımdan yenidən keçmişə boylanıb, sizi yormaq fikrindən uzağam. İndi isə komandanın qarşısında yeni mövsüm, yeni üfüq görünür. Mançininin klubdan ayrılmasından sonra yeni baş məşqçi tapmaq rəhbərliyə çox çətin başa gəldi. “Mançester Yunayted”in “qəbirqazan”ı Devid Moyesdən tutmuş, Ottmar Hitsfeld, Yoahim Löv, Yurgen Klinsmann, Tomas Tuxel, Mirça Luçeskuya qədər bir çox çalışdırıcıya təklif göndərilsə də, hamısından alınan cavab eyni oldu: “Yox!”
Nəhayət, İtaliya milli komandasının sabiq baş məşqçisi Çezare Prandellini İstanbula gəlməyə razı salmaq mümkün oldu. Prandellinin dosyesindəki komandaların adları səs-küy qoparacaq səviyyədə deyil. Həmin komandalar arasında yalnız “Roma” və “Fiorentina” az-çox gözə çarpır. Bu çalışdırıcını məşhurlaşdıran heç şübhəsiz İtaliya milli komandasında gördüyü işlər olub. DÇ-2010-dakı fiaskodan sonra bu postu Marçelo Lippidən təhvil alan Prandellinin işi yetərincə ağır idi. Komandada böyük nəsil dəyişikliyinə ehtiyac vardı. Prandellinin bu işdən üzüağ çıxdığını desək, yanılmarıq. İtaliya millisinin onunla Avropa-2012-də gümüş medalları boynundan asması da bunu sübut edir. Bununla bərabər, sanki o, İtaliya millisinin ənənəvi, praqmatik, bir qədər də darıxdırıcı oyun tərzində müəyyən dəyişikliklər etdi, apenninlilər onun dövründə daha hücumameyilli oynamağa başladı. DÇ-2014-dəki uğursuzluğu isə italyanların üzləşdiyi bəxtsizlik və ədalətsizliklə əlaqələndirmək daha düzgün olar.
İtalyan çalışdırıcı “sarı-qırmızılılar”ın baş məşqçi postunu təhvil alan kimi bir futbolçuya sərt üzünü göstərdi. Söhbət “Qalatasaray”ın artıq əfsanəyə çevrilmiş futbolçusu Səbri Sarıoğludan gedir. Azarkeşlər hər nə qədər onu müxtəlif zarafatlara mövzu etsə də, Səbrinin “Qalatasaray” üçün etdiklərini unutmaq olmaz. Prandellinin Avstriyadakı təlim-məşq toplanışına aparmadığı futbolçunun komandadakı gələcəyi qaranlıq olaraq qalır. İstənilən halda, 11 il formasını geydiyi bir klubun onun yollarını bu şəkildə ayırması düzgün deyil!
“Cim-bom”un heyət baxımından çox da korluq çəkmədiyini desək, yanılmarıq. Hazırda komandanın heyətində yeganə boşluq mərkəz müdafiəsi və qapıçı mövqeləridir. Səmih Kayadan başqa, komandaya daha bir səviyyəli stopperin cəlb olunması labüddür. Aurelien Şeccu hələ ki gözləniləni verə bilmir. Yersiz penaltilərdən başqa bir şeylə yadda qalmayan, qış fasiləsindən sonra isə “Beşiktaş”a icarəyə verilən Danidən danışmağa dəyməz. Klubdakı digər başıbəlalı mövqe isə qapı xəttidir. Fernando Muslera səviyyəli qapıçı olsa da, hər kəs kimi, o da zədədən və cəzalarından sığortalanmayıb. Ötən mövsüm Musleranın zədələndiyi dönəmdə “Qalatasaray”ın hansı çətinliklərlə üzləşdiyini yəqin ki, hər biriniz yaxş xatırlayırsız. Sabiq “Portu”lu Sinan Bolatın Musleraya nə qədər layiqli əvəzləyici olduğunu zaman göstərəcək.
Legioner limitinin tətbiqinə görə federasiyaya ən çox etiraz edən klubların başında “Qalatasaray”ın gəldiyini yəqin ki, bilirsiz. Görünən odur ki, rəhbərlik danışmaqdan bir nəticə hasil olmayacağını anlayıb, artıq əməli işə keçməyə qərar verib. Olcan Adının transferi isə bu yöndə atılmış ən doğru addımdır.
Ötən mövsüm “Trabzonspor”un heyətində parlayan Olcan “Cim-Bom”da böyük perspektiv vəd edir. Onun yerli olması da, qeyd olunası məqamdır. Həmçinin, ulduz futbolçu Didye Droqbanın “Qalatasaray”dan göndərilməsini də müəyyən mənada anlamaq olar. Mövsümün sonlarında zədələnən kot-divuarlı oyunçunun həmin ərəfədə “Qalatasaray”a ciddi xeyri dəymədi. Üstəlik, yaşı da keçirdi və komanda üçün əlavə yük idi. Onun yoxluğunda isə Sneyderin üzərinə böyük yük düşəcək. DÇ-də göz oxşayan çıxışı ilə Hollandiya milllisində yerini möhkəmlədən Sneyderin potensialını tam aça bilməsi üçün komanda yoldaşlarının da üzərinə böyük yük düşəcək. Meydanda sərbəstlik verilmirsə, ondan qəhrəmanlıq gözləmək ağılsızlıq olar.
Mətin Oqtay dövrü istisna olmaqla “Qalatasaray”da kapitanlıq sarğısının ulduz olmayan oyunçulara verilməsi sanki ənənəyə çevrilmişdi. Artıq “aslanlar”ın yeni kapitanın da adı bəllidir: Səlcuq İnan. Ötən mövsüm heç cür ümidləri doğrulda bilməyən Səlcuq həm yeni taktiki sxemə uyğunlaşa bilmədi, həm də Droqba və Sneyder kimi oyunçuların kölgəsində qaldı. Kapitanlıq sarğısının həm yaradıcı, həm də daığıdıcı xüsusiyyətlərə malik olan İnana həvalə edilməsi, məncə, düzgün addımdır. Bir kapitan kimi azarkeşlər bu il də ondan çox şey gözləyirlər. 
“Qalatasaray”ın mövsümlərarası fasilədə indiyə qədər keçirdiyi yoldaşlıq görüşləri.
21.07.2014 “Vorvarts Steyr” (Avstriya) 1:3 “Qalatasaray” (Türkiyə)
23.07.2014 “Rapid” Vyana (Avstriya) 3:1 “Qalatasaray” (Türkiyə)
27.07.2014 “Honved” (Macarıstan) 1:2 “Qalatasaray” (Türkiyə)
07.08.2014 “Qalatasaray” (Türkiyə) 0:0 “Atletiko” Madrid (İspaniya)
Heç şübhəsiz, bu il klubun qarşısındakı ən vacib məqsəd çempionluq və 4-cü ulduzu taxmaqdır. “Fənərbağça” və “Qalatasaray”ın eyni sayda (19) çempionluğunun olduğunu nəzərə alsaq, qarşıdakı mövsümdə bu 2 komandadan birinin çempion olacağı təqdirdə 4-cü ulduzu əldə edəcəyi və çempionluq sayında əzəli rəqibi ötəcəyi dəqiqdir. Sonda isə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin bir açıqlamasını xatırlatmaq istəyirəm: “Qalatasaray” bu mövsüm də çempion olmasa, klubda böyük maliyyə problemləri baş qaldıracaq”.

Ürfan Məmmədzadə
urfan.memmedzade@mail.ru

Son yazılar

To Top