big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Aslan Şahgəldiyev: “CBC kanalının sona qədər belə davam edəcəyi inandırıcı deyil” (MÜSAHİBƏ- II HİSSƏ)

16.08.2015 , 11:12

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin korner.az-a müsahibəsinin II hissəsi.

 (Müsahibənin I Hissəsini isə burdan oxuya bilərsiz).

-Superkubok matçı bu mövsüm də keçirilməyəcək ?

– Xeyr, çünki Əsasnamədə də göstəriilib ki, kubok və çempionatın qalibi eyni komanda olarsa, superkubok keçirilmir. (Aslan bəyin diqqətinə belə hallarda kubokun finalçısının superkubokda iştirak etmə şansı qazandığını çatdırıram-Ü.M) Superkubok o zaman gözəl olur ki, çempionatdan öncə keçirilsin.Düzdürmü? Çempionatın startından heç olmasa, bir həftə öncə keçirilsin.İndi siz özünüz baxın. Avqust ayının 8-də Premyer-Liqa start götürüb. Dediyim kimi, həmin görüş heç olmasa, bir həftə öncə keçirilməlidir ki, insanlar üçün maraqlı olsun.Həmin günlərdə isə klublarımız avrokubok matçlarına çıxırlar. Sadəcə olaraq, əvvəlki illərdə bizim komandalarımız çox irəliləmədiyinə, ilk 2 təsnifat  mərhələsində mübarizəni dayandırdıqlarına görə,superkubok keçirmək çox rahat idi.İndiki halda bu mümkün deyil. Komandalarımız çox irəlilədikcə bu kimi çətinliklər olur.  Keçən il də mövsümün ortasında elə sıx təqvim müəyyənləşmişdi ki, biz sadəcə olaraq vaxt tapıb, bunu keçirə bilmədik. Avqust ayının 24-ə milli komandanın təlim-məşq toplanışı nəzərdə tutulub, 23-ü isə III turdur. Növbəti tur isə sentyabrın 12-dədir. Biz milli komandanın baş məşqçisinin (Robert Prosineçki- Ü.M) xahişini də nəzərə alıb, turu beynəxlaq səviyyəli oyunlardan bir qədər tez keçiririk ki, futbolçular baş məşqçinin sərəncamında ideal səviyyədə olsun. Onların müəyyən öhdəlikləri, məşqləri var. Buna görə də onların bu xahişini hardasa anlayışla qarşılaşamaq lazımdır.  Klublar da sağ olsunlar,buna problem yaratmırlar. Çünki bütün futbol ictimaiyyətinin amalı bundadır ki, milli komandamız uğurlu çıxış etsin, qələbələr qazansın. O nə qədər güclü olsa, hamımızın xeyrinədir.Superkubokun keçirilməsi əslində o qədər də çətin deyil. Ötən mövsüm “Neftçi” və “Qarabağ” arasında baş tutmalıidi, sadəcə olaraq təqvim o qədər sıx idi ki, heç bir klubun buna imkanı olmadı.Düzdür, onda hər şey hazır idi, təqvimdə yer nəzərdə tutulmuşdu, sonradan klublar bizdən xahiş etdi ki, avrokubok matçlarına yerini dəyişək. Bir sual verim: Sizcə Azərbaycan Superkuboku vacibdir, yoxsa, hansısa klubumuzun qrup mərhələsində iştirakı?

-Beynəlxalq təcrübə var ki, eyni sponsordan maliyyələşən komandaların bir liqada çıxışı qadağandır. Halbuki, çempionatın ilk turunda meydana çıxan klublardan “Zirə” ilə “Sumqayıt”ın formasında eyni sponsorun- “Kapitaı Bank”ın adı yazılmışdı. PFL bu məsələni diqqətdə saxlayır?

– Bu gün  idman KİV-lərindən, biri də bununla bağlı sorğu göndərmişdi. Mən sözügedən məsələyə münasibətimi bildirmişəm.  Bizdə də elədir. UEFA-nın tələbi var ki, eyni şirkət 2 komandaya əsas sponsor ola bilməz, 2 komandanın təsisçisi ola və onlara maddi yardım ayıra bilməz. Siz vurğuladığınız – “Zirə” və “Sumqayıt” komandalarının hər ikisinin təsisçisi “Kapital Bank” deyil.  “Sumqayıt” klubunun təsisçisi “gənclik şəhəri”ndə yerləşən “Azərkimya” istehsalat birliyidir.  Yəni, əsas maliyyə dayağı “Azərkimya”dır.  Onların formasının üzərində yer alan “Kapital Bank” loqosu isə titul sponsorluğu ilə bağlıdır.  Bu o demək deyil ki, “Sumqayıt” klubu “Kapital Bank”ındır.  Sadəcə olaraq, şirkət maraq cəlb etmək üçün hər 2 komanda ilə reklam müqaviləsi bağlayıb. Söhbət klubun baş sponsoru yox, titul sponsoru olmaqdan gedir.  Necə ki, biz müəyyən pul ayırıb “Atletiko” (Madrid) klubunun yaxasının üstündə “Land of fire Azerbaijan” yazdırmışdıq. O demək deyil ki, “Atletiko” (Madrid) bizimdir. Sadəcə olaraq bu, reklam əməkdaşlığıdır.  Siz dediyiniz isə fərqli anlayışdır. Bir şəxsin iki kluba maliyyə ayırması halında, bəli, klublardan biri aşağı liqaya göndərilir.

-Buna qədər, bir neçə ildir ki, “İnter”lə “Simurq” qeyri-rəsmi də olsa, eyni mənbə üzərindən maliyyələşirdi.

Xeyr, bilirsiz, hər şeyin rəsmi tərəfi var.  Klubun təqdim nizamnamədə onun təsisçisinin kim olduğu göstərilir. “İnter” də “Beynəlxalq Bank” idi, “Simurq”da isə digər bir şirkət. Əsas kağızın üzərində nə yazılıbsa, odur.Kim hansısa kluba maliyyə ayırırsa, ona münasibət bildirə bilmərik.  Biz təqdim olunan nizamnamələrdə hər iki klubun təsisçisi fərqli şirkətlər idi.

-Hal-hazırda Topaz Premyer Liqasında çıxış edən klubların bir çoxunda ciddi maliyyə sıxıntıları müşahidə olunur. Bir neçə klub var ki, onlarda yanvardan sonra vəziyyətin necə olacağı bilinmir. Sözügedən məsələ PFL-i narahat edi?

-Maliyyə sıxıntısı təkcə Azərbaycanda deyil, bütün dünya futbolunda bu yöndə problemlər mövcuddur. İnanmıram ki, “İnter”də mövsümün ortasında hər hansı ciddi maliyyə problemi olsun.Düzdür, əksər klublarımızda maaş gecikmələri müşahidə olunur.  Amma ən azından maaşlar ödənilir. Ciddi problem yoxdur. Digər tərəfdən maliyyə problemləri bizi narahat etmir. Bəlkə də, belə olması daha yaxşıdır. Çünki artıq hər kəsin öz qiyməti bilinir. Futbolçulara dəyərindən 3 dəfə, 5 dəfə artıq pul ödənilmir. Hər kəs layiq olduğu əməkhaqqına oynayır.  Artıq pullar xərclənilmir.  

-İlk turda çempionatın yayımı yetərincə keyfiyyətli baş tutdu. Sizcə, CBC kanalı sona qədər belə davam etməyi bacaracaq?

– Yox, bu mənada haqlısız ki, CBC kanalının sona qədər belə davam etməsi inandırıcı deyil.  Əksinə, get-gedə daha da yaxşı olacaq.  Çünki orda işləri görənlər, yetərincə peşəkar insanlardır, özünüz də görmüsüz, təcrübəli 30 nəfərə yaxın bir qrup gəlib.  Türk şirkətində çalışanlar var və bizim yerli azərbaycanlılara bunları izah edirlər.  Kanadadan gəlmiş şəxslər də var, hansı ki, dünyanın bir çox nüfuzlu yarışlarının yayımında da iştirak etməklə böyük təcrübə qazanıblar. Mənə elə gəlir ki, zaman keçdikcə pisə yox, yaxşıya doğru gedəcəklər.  Daha keyfiyyətli yayım izləyə biləcəyik.

Legioner limitinin dəyişdirilməsi gündəmdədir?

– Yox, ona bir söz demək olmaz. Hələ ki, bu mövsümə 6+5 limiti ilə başlamışıq.  Dəyişdirilməsi tam olaraq bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu İcraiyyə Komitəsinin qərarlarından asılıdır. Ona görə bizim indidən bununla bağlı fikir yürütməyimiz düzgün deyil.

-“Kəpəz” iki illik fasilədən sonra yenidən Topaz Premyer Liqasında çıxış etmək şansı qazanıb. Ramin Musayev iyulun 21-də yeni mövsümün püşkatması zamanı bunun “Gəncə stadionu”nda xüsusi tədbirlə qeyd olunacağını bildirmişdi. Sözügedən mərasimin detalları haqda sizdə hər hansı məlumat var?

– Yox, o klubun şəxsi işiidir. Tədbir keçirilə bilər. Gəncəyə də 2 illik fasilədən sonra “böyük futbol” qayıdıb. Oranın da azarkeşləri sizə məlumdur. Gəncə ən çox azarkeş toplayan, futbolun sevildiyi, izlənildiyi bir yer dir. Oranın azarkeşləri həqiqətən də futbolu bilirlər.  Yəqin ki, buna görə, açılış mərasimi olacaq, amma məndə bununla bağlı hər hansı məlumat yoxdur. Ancaq düşünürəm ki, “Kəpəz”in elitaya qayıtması bu il ölkəmizdə azarkeş sayına yaxşı mənada təsir göstərəcək.  Çünki  sözügedən komandanın əksər oyunlarında stadion dolu olur.

Ürfan Məmmədzadə 

Son yazılar

To Top