“Arsenal”da yeni müqavilə
28.04.2021 , 19:41
“Arsenal” futbolçusu Folarin Baloqanla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Baloqan “Arsenal”ın əsas komandasında bu mövsüm debüt edib.