Londonun “Arsenal” klubu mövsümün sonunda “Mançester Siti”yə keçən Bakari Sanyaya əvəzləyici tapıb.
Korner.az-ın məlumatına görə, klub “Nyukasl”dan Matye Debuşini transfer edib.
Bu transfer “Arsenal”a 7,9 milyon funt-sterlinqə başa gəlib. 28 yaşlı futbolçunun bu həftə ərzində Londona gedərək tibbi baxışdan keçəcəyi və klubla rəsmi müqavilə imzalayacağı bildirilir.
