big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Araz”ın qapıçısı: “Bakı komandaları kimi ev oyunlarımızda azarkeş sarıdan problem olmayacaq” (MÜSAHİBƏ)

19.08.2013 , 20:37

“Araz” Futbol Klubunun qapıçısı Nicat Əliyevin klubun rəsmi facebook səhifəsinə müsahibəsi.

– Nicat, əvvəlcə özün haqqında bir az məlumat verərdin…
– Mən, Əliyev Nicat Zaur oğlu 1992-ci ildə Tovuzda doğulmuşam. Futbola gəlişim də doğma Tovuzda başlayıb. Sonra Elnur Zeynalovun rəhbərliyi altında “Olimpik” klubunda futbolun incəliklərini öyrənməyə basladım. 8 ildir ki, futbolla məsğulam. Karyeram ərzində bir çox komandanın şərəfini qorumuşam. İnanıram ki, “Araz” həyatımda bir trampilin rolunu oynayacaq.

– Əsgər Abdullayev “Araz”a baş məşqçi təyin olunanda ilk dəvət göndərdiyi futbolçulardan biri olmusan. Bu barədə nə deyə bilərsən?
– Mən mövsümə sonuncu klubum olan “Simurq”un heyətində təlim-məşqlərə qoşuldum. Və sonradan “Araz”dan təklif gəldi. Bu ilk olaraq “Araz”ın baş məşqçisi Əsgər Abdullayevin seçimi idi. Çünki Əsgər müəllim “Olimpik”də işləyəndə mən də bu klubun açağı yaş qrupu üzrə komandasında idim. O vaxtdan yəqin Əsgər müəllim “qab”ımda nə isə olduğunu bilirmiş. Çalışacam ki, hər məşq, hər oyunda “artırım” və məşqçilər korpusunun etimadını qazanım.

– Məşqçilər korpusu “Araz”ın 12 illik həsrətdən sonra yaşıl meydanlara qayıdışı zamanı ilk yoldaşlıq matçında “çərçivə”ni sənə etibar etdilər. Uzun müddətdi içində futbol “yanğısı” olan azarkeşlərin qarşısında çıxış etmək hansı təəssüratlar yaşatdı? Həmçinin onu da qeyd edək ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, stadionda 4000-5000 azarkeş var idi.
– “Araz” şərəfini qoruduğum 8-ci komandadı. Hansı komandada oynamışamsa, onun tarixini öyrənmək mənə daha vacibdir. Burda olanda bildim ki, Naxçıvanın özünəməxsus futbol ənənəsi olub. 12 ildi futbolun olmamasına baxmayaraq ilk yoldaşlıq matçında stadiona 5000-dək çox azarkeşin gəlməsi qürurvericidir. Deməli, bəzi Bakı komandaları kimi ev oyunumuzda azarkeş sarıdan problem olmayacaq. Həmçinin məşqçilər korpusu mənə ilk oyunda güvəndilər. Bu isə mənim üçün məsuliyyət demək idi. Həyəcanlı deyildim, çünki məsuliyyət hissi həyəcanı üstələyirdi.

– Belə demək mümkünsə, bu oyunda etdiyin bəzi seyvlər səni ilk gündən azarkeşlərə sevdirdi…
– Belə bir deyim var ki, yaxşı qapıçı komandanın “onurğa sütunu”du. Çox çalışdım ki, ilk oyun və 12 illik futbol həstətinə görə “çərçivə”ni toxunulmaz saxlayım. Təəssüf ki, belə olmadı. 60-cı dəqiqədə qapımızda qol gördük. Amma məni razı salan bir şey oldu ki, azarkeşlərimiz sonuncu dəqiqəyə qədər stadionda bizi dəstəklədilər. Məğlub durumda olduğumuz bir zamanda kimsə stadionu tərk etmədi. Oyunun son dəqiqələrindəki qolumuz zamanı stadiondakı azarkeşlərimizin necə sevindiyini görmək bizim üçün əlavə stimul idi. Artıq bilirik ki, necə bir azarkeş ordumuz var. Biz çalışacağıq ki, hər oyunda azarkeşelərimizi sevindirək. Bizim bir məqsədimiz var – hər oyundan sonra meydanı başıuca tərk etmək…

– Bildiyimiz kimi, Naxçıvan kəskin kontinental iqlimə malikdir. Qışın soyuğunda , yayın qızmar istisində meydana çıxmaq sizi qorxutmur ki?
– Mən peşəkar futbolçuyam. Hər iqlimə uyğunlaşmalıyam. Zaqatalanın rütubətli iqlimindən sonra Naxçıvanın iqliminə uğunlaşmaq bir az çətin oldu. Hardasa, 3-4 gün sonra artıq bu iqlimə öyrənmişdim.

– Naxçıvandan ilk təklif olanda, inanırdın ki, belə gözəl şəraitli 1-ci divizion klubuna gəlirsən?
– Açığı təklif gələndə buradakı şərait haqqında maraqlandım. Mənə bildirdilər ki, burada futbolçu üçün hər bir şərait yüksək səviyyədə yaradılıb. Düzü tam inanmasam da, bura gələndən sonra şahidi oldum ki, həqiqətən də burda rəhbərliyin futbolçulara qayğı, diqqəti çox yüksək səviyyədədir…

– Boş vaxtlarında Naxçıvanı gəzməyə çıxırsınmı? İndiyədək harda olmusan, ən çox diqqətini bu şəhərdə nə cəlb edib?
– Səmimi deyim ki, bura gələndən elə də boş vaxtım olmur. Çünki gündə iki məşqimiz olur. Boş vaxtlarımızda isə istirahət edirik. Burada ən çox diqqətimi çəkən isə şəhərin gözəlliyi və təmiz olmasıdı. Kənardan gələn biri üçün sadaladığım bu iki amil tez adamın diqqətini cəlb edir. Naxçıvan təmizliyi və gözəl təbiəti ilə məni özünə bağladı. Çalışacam ki, boş vaxtlarımda burdakı dostlarımla Naxçıvanı qarış-qarış gəzim.

– Futbol azarkeşlər üçün oynanılır. “Araz” azarkeşlərinə nə sözün var?
– Azarkeşlərimizə sözüm odur ki, bizi dəstəkləməkdə davam etsinlər. Onların dəstəyinə ehtiyacımız var. Söz veririrk ki, biz də onları qələbələrimizlə sevindirəcəyik.

Söhbətləşdi: Emin

Son yazılar

To Top