Ötən mövsümü icarə əsasında “Araz-Naxçıvan”ın heyətində keçirən Elmin Çobanov yenidən Naxçıvan klubunun düşərgəsinə qoşulub.
Korner.az-ın məlumatına görə, müqavilə ilə AZAL-la məxsus olan “katyuşa” ləqəbli Çobanov “təyyarəçilər”lə Boluda təlim-məşq toplanışında olsa da, gözlənilmədən Naxçıvana gəlib.
Qeyd edək ki, 22 yaşlı futbolçu iyulun 28-də AZAL-ın Gürcüstan I divizionunun liderlərindən olan “Kolxeti 1913” ilə yoxlama oyununda (0:0) 57 dəqiqə forma geyinmişdi.
