“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Korner.az xəbər verir ki, sözügedən klub moldovalı qapıçı ilə anlaşıb.

Kristian Avram qarşıdakı 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq. 193 sm boya malik olan və Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Avto”, “Daçia” komandalarında çıxış edib.

Qeyd edək ki, debütant buna qədər Nuno Rodriqes, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeyro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.