Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş daha bir turnirə yekun vurulub.
Korner.az-ın məlumatına görə, Muxtar Respublikanın 10 komandasının mübarizə apardığı mini futbol turnirinin final matçında “Araz”ın 1994-1996-cı il təvəllüdlü futbolçuları ilə Şərurun “Arpaçay” komandası qarşılaşıb.
Görüşdə daha yaxşı təsir bağışlayan “qırmızı-ağlar” meydanı 6:4 hesablı qələbə ilə tərk ediblər. “Araz”ın futbolçularına Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, həmçinin Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının rəhbəri Səbuhi Şahverdiyev tərəfindən kubok, diplom və qiymətli hədiyyələr verilib.
