“Fənərbaxça”nın futbolçusu Alper Potuk karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “Fiorentina” klubu Potukla yaxından maraqlanır.Florensiya klubunun baş məşqçisi Montella Potuku bəyənib.Mövsümün sonunda futbolçu ilə müqavilə imzalana bilər.
Qeyd edək ki, Alper Potuk “Fənərbaxça”da əsas heyətdə yerini itirib və komandanı tərk etmək fikrindədir.