Aksel Vitsel Avropaya geri dönür
23.07.2018 , 12:25

Çinin “Tyançzsin” klubunda oynayan Aksel Vitsel karyerasını Avropada davam etdirə bilər. Bu haqda “Bild” nəşri məlumat verib.
Mənbənin iddiasına görə, belçikalı futbolçu ilə “Borussiya” klubu yaxından maraqlanr. Dortmundluların Vitselə görə 20 milyon avro ödəməyə hazır olduğu deyilir.
Vitselin növbəti il komandası ilə müqavilə müddəti başa çatacaq və o, hələ də yenisinə qol çəkməyib.
