big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qarabağ” üçün darıxıram” – Reynaldo

23.07.2018 , 12:30

Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva Qol.az-a müsahibə verib. 2013-2016-cı illərdə Ağdam klubunun formasını geyinmiş, hazırda isə Qazaxıstan “Aktobe”sində çıxış edən braziliyalı futbolçu ölkəmiz üçün çox darıxdığını bildirib.

– “Aktobe”də işləriniz necə gedir?

– Hər şey yaxşı, qaydasındadır. Amma Azərbaycan üçün çox darıxıram. Ora qayıtmaq istəyirəm. Çünki Azərbaycan xalqını çox sevirəm.

– “Qarabağ”ı karyeranızın yaxşı vaxtında tərk etdiniz. Halbuki qalıb bir neçə il də oynaya bilərdiniz. Getməyinizə nə səbəb oldu?

– 4 ilə yaxın idi “Qarabağ”da oynayırdım. Yeni çempionat, yeni macəra axtarışında idim. Ona görə də belə bir qərar qəbul etdim.

– Ancaq “Qarabağ”dan ayrıldıqdan sonra belə bir fikir də var idi ki, Reynaldo komandanı pula görə tərk etdi…

– Yox, bu fikirlərlə razılaşmıram. Çünki “Qarabağ”dan pula görə ayrılmadım. Sadəcə, istəyim daha yuxarı səviyyəli çempionatda oynamaq idi.

– “Qarabağ”dan gedəndən sonra əvvəlki səviyyənizdən çox uzaqlaşdınız. “Adanaspor”da heyətə düşə bilmədiniz, sonra klubsuz qaldınız. İndi isə Qazaxıstanın ortabab klublarından “Aktobe”də çıxış edirsiniz. Bütün bunları nəzərə alsaq, seçiminizə görə hardasa peşmansınız?

– Təbii ki, yox. Mən indiki klubumda da özümü xoşbəxt hiss edirəm. Ancaq arzum yenidən hamının məni sevdiyi ölkəyə qayıtmaqdır. Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm.

– “Aktobe” ilə müqaviləniz nə vaxt başa çatacaq?

– Bu ilin noyabrında. Onlar mənim çıxışımdan razıdırlar və yeni müqavilə bağlamaq istəyirlər. Amma mənim niyyətim yenidən Azərbaycana qayıtmaqdır.

– “Qarabağ”a qayıtmaq istəyirsiniz, yoxsa bu, hər hansı başqa bir klub da ola bilər?

– Hələlik heç bir klubdan rəsmi təklifim olmadığı üçün konkret olaraq nəsə deyə bilmərəm. Amma daha çox Bakıya qayıtmaq istəyirəm.

– “Qarabağ” hazırda hücumçu axtarışındadır. Sizcə, bu boşluğu doldura bilərsiniz?

– Bu suala cavab vermək çox çətindir. Çünki tək məndən asılı məsələ deyil. Əvvəlki formama qayıdıb-qayıtmayacağımı deyə bilmərəm. Amma bunun üçün əlimdən gələni edirəm. Əgər zədələnməsəm, hər şey qaydasına düşəcək, əvvəlki kimi oynaya biləcəyəm.

– “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışlarını izləyirsinizmi? Ötən mövsüm hətta qrup mərhələsinə vəsiqə qazandılar…

– Əlbəttə, oyunlarına baxıram. Çox inamlı təsir bağışlayırlar. Ümid edirəm ki, ötən ilki nəticəni təkrarlayacaqlar. Onlara uğurlar arzu edirəm. Başda bu komanda olmaqla, bütün Azərbaycan üçün darıxıram.

– Həmyerliniz və keçmiş komanda yoldaşınız Riçard Almeyda da Qazaxıstan çempionatında çıxış edir. Bu yaxınlarda “Astana” ilə müqavilə bağladı. Onunla görüşmüsünüz?

– Hə, “Astana”ya keçdiyini bilirəm. Onunla Azərbaycanda 4 ilə yaxın birlikdə oynamışam. Yaxşı münasibətlərimiz var. Amma hələ görüşməmişik. İlk fürsətdə gedib ziyarət edəcəyəm. (Qol.az)

Son yazılar

To Top