big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Akif İsmayılov “Neftçi”ni günahlandırıb gülməli izah verdi: “Siz heç günün altında gəzib qaralmamısız?” (MÜSAHİBƏ)

01.09.2014 , 19:38

Avroliqanın pley-off mərhələsinin ilk matçında – səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzan “Neftçi”nin işi çox da asan deyildi. Təmsilçimiz mərhələ adlamaq üçün qalib gəlməli idi. Amma Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyündən çox, palçıq çuxurları nəzər çarpırdı. Kələ-kötür meydança isə “Partizan” üçün göydəndüşmə hədiyyə idi. Axı bu arenanın əsaslı şəkildə təmir olunması üçün 3 il əvvəl 10 milyon manat ayrılmışdı. Ötən mövsüm “Qarabağ”ın “Ayntraxt”la görüşündən sonra da bu cür problemlər yaşanmışdı. Belədə sual yaranırdı: olmaya əsaslı təmir, əslində, bəzi şəxslərin dövlət büdcəsindən pul mənimsəməsinə xidmət edib? Bunu nəzərə alaraq, stadionun direktoru Akif İsmayılovla əlaqə saxlayıb, bizi maraqlandıran bəzi suallara cavab verməsini xahiş etdik.  
Akif bəy müsahibə əsnasında xeyli hirsli idi. Bunu suallarımı tez-tez yarıda kəsməsi də göstərirdi…

– “Neftçi”nin “Partizan”la cavab qarşılaşmasında ot örtüyünün bərbad vəziyyətdə olmasının səbəbi nə idi?
– Ay qardaş, o söhbət qurtardı da! Onu bir dəfə dedik, bitdi. Açıqlama verdim ki, ot örtüyü isti hava şəraitindən yanıb. Bu qədər. Qarşıdan gələn oyunlara hazırlaşmaq lazımdır. Eyni şeyləri niyə yenidən qabardırsız?

– Yaxşı, deyilənə görə, təbii ot örtüyü bilərəkdən torpaq yox, qum üzərində yetişdirilib ki, tez-tez sıradan çıxsın. Nəticədə, dövlət büdcəsindən külli miqdarda pulun silinməsi mümkün olsun…
– Kim deyib? Kim deyib bunu?

– Sizin işdən qovduğunuz bolqar Branislav Kolev.
– O elə söz deyə bilməz. O, ümumiyyətlə, rus dilini pis bilir. Ona görə də, necə gəldi danışır. Mən inanmıram ki, belə bir söz deyə bilsin. 2 il ot örtüyünün mühafizəsi ilə onun özü məşğul olub. Necə  deyə bilər bunu? Dediyi sözlər yanlış anlaşılıb.

– 10 milyon manata əsaslı şəkildə təmir olunan stadionun ot örtüyünün hər il sıradan çıxması sizdə də təəccüb doğurmurmu?
– Hər il? Başqa nə vaxt baş verib belə bir şey?

– Ötən il “Qarabağ”ın “Ayntraxt”la matçları zamanı.
– O vaxt 10 günlük problem var idi, düzəltdik, o problemi. İndi ot örtüyüdür də, isti olur, sonra düzəlir. İndi  adam da, xəstələnir, yatağa düşür. Şükür Allaha, nə olub ki? 20 ildə ən böyük problem indi baş verib. Heç  o vaxtlar yox idi belə şeylər.

– “Qarabağ” – “Tvente” oyunundan sonra bolqar mütəxəssisləri işdən qovub, ot örtüyünün mühafizəsini ingilislərə həvalə etməyinizin səbəbi nə idi?
– Mən qovmamışam, niyə qovmalıyam ki? Müqavilələri bitib və müqaviləni yeniləməmişik. Başqa bir şirkətlə müqavilə bağlamışıq. Mən onu qovmuşam? Kim deyir axı? Hardandır sizdə belə informasiyalar? Mən sizdən xahiş edirəm, informasiyanı alırsızsa, bunu düzgün şəkildə insanlara ötürün. Sizə lazımdır ki, mən onunla uzadım müqaviləni, ya necə?

– Sizcə, “Neftçi” ot örtüyünə görə, yoxsa öz səhvi ucbatından mərhələni adlaya bilmədi?
– Yox, bilirsiz necədir, yəni gəlin… Özümü müdafiə eləmək kimi çıxmasın, amma bütün hər şeyi stadionun ot örtüyünün “boynuna” qoymaq olmaz. Komandanın özünün oyunu olmalıdır, ot örtüyü də olmalıdır, hamısı olanda qələbə qazanılır. İndi problem çıxıb, mənə elə gəlir ki, bütün bunlar bitdi. Bu gün təkcə onu qabartmaq, təzyiqlər nəyə lazımdır? Başa düşmürəm.

– Ötən mövsüm “Qarabağ”ın “Ayntraxt”la görüşündən sonra bildirmişdiz ki, ot örtüyünün o cür vəziyyətdə olmasına görə vicdan əzabı çəkirsiz. Bəs indi necə?
– (İstifadə etdiyi “ay daa” nidasından sualımı çox da bəyənmədiyi sezilir). Mən “vicdan əzabı çəkirəm” sözünü işlətməmişəm. Kim deyib, onu sizə? Vallah, birinci dəfədir ki, sizdən eşidirəm. Siz, niyə yapışmısız bu ot örtüyündən? Yanıb da, xarab oldu, yandı. Gün vurub. Siz heç günün altında gəzib qaralmamısız? Ot örtüyü də canlıdır. Neynəyək, indi? Bu gün çalışmalıyıq, qarşıdan gələn işlərin hamısını düzəldək. Komandalara dəstək olmaq əvəzinə, belə şeyləri qabardırsız. Nəyə lazımdır axı bu?

– Oyundan bir həftə öncə açıqlama vermişdiz ki, stadiona 2-3 kq toxum səpilib və arenanın 70%-i oyuna tam hazır olacaq. Gözlənilməz nə baş vermişdi?
– Mən deməmişdim ki, meydançanın 70%-i oyuna tam hazırdır. Mən “Neftçi” klubuna zəng etmişdim. Rəhbərliyinə demişdim ki, ot örtüyünün böyük problemi var. Hələ klub Serbiyada olarkən onlardan xahiş etdim ki, stadionun problemli olduğunu nəzərə alın və “Partizan”la cavab qarşılaşmasını öz stadionunuzda keçirin. Mənə deməmiş oyun salmısız bura. Biz onların qarşısında bu məsələni qaldırıb, xəbərdarlıq etmişdik.

– “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki oyunlarına qədər ot örtüyü tam hazır olacaq?
– İnşallah, inşallah. Biz də bunun üçün var gücümüzlə çalışırıq. Yaxın bir neçə gün ərzində ot örtüyünün ideal vəziyyətə sala biləcəyimizi güman edirəm.

– “Neftçi” “Partizan”la oyunundan əvvəl keçirilən açıq məşqdə azarkeşlər tərəfindən bəzi xoşagəlməz olaylar törədilmişdi. Stadionda mühafizə lazımi səviyyədə deyildi?
– Stadionun ayrıca mühafizə xidməti yoxdur. Bütün təşkilatçılıq, mühafizə məsələlərini klub özü yerinə yetirir. Siz məndən ot örtüyünü soruşursuzsa, mən buna verirəm, qalan məsələlərə yox. Klubun aparılıb-gətirilməsi, mühafizə xidməti, azarkeşlərin iğtişaş törətməsi kimi məsələlər mənim səlahiyyətimdə olan şeylər deyil.

Ürfan Məmmədzadə

Son yazılar

To Top