Ağayev Konfrans Liqasının oyununda
07.08.2022 , 14:37

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Korner.az xəbər verir ki, 35 yaşlı baş hakim Rumıniyada “Styau” və Slovakiyanın “Dunayska Streda” komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda “Styau” 1:0 hesablı qələbə qazanıb.
