“Qarabağ” Macarıstana yollanır
07.08.2022 , 15:06

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın macarıstana səfər proqramı məlum olub.
Korner.az xəbər verir ki, komanda sabah – avqustun 8-i bu ölkəyə yollanacaq. “Atlılar”ı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
“Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da baş tutacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.
