AFFA rəsmisinə UEFA-dan təyinat
03.05.2022 , 19:46
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, UEFA U-17 Avropa çempionatı final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq. Zaur Hacı-Məhərrəmov qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında işbaşında olacaq.
UEFA U-17 Avropa çempionatının final mərhələsi bu ilin mayın 16-dan iyunun 1-dək İsraildə təşkil olunacaq.