Ulduz oyunçu “Qalatasaray”dan ayrılır?
10.10.2024 , 14:00

Mauro İkardi flaş transfer iddiası ilə gündəmə ilə çıxış edib.
Korner.az xəbər verir ki, ulduz oyunçu ilə “River Pleyt”in maraqlandığı iddia olunur.
Bu barədə Argentina mətbuatı məlumat yayıb.
Lakin, kluba ən böyük maneə futbolçunun transfer qiyməti və yüksək maaşıdır.
Bu mövsüm “Qalatasaray”da 10 matça çıxan Mauro İkardi 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
31 yaşlı hücumçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədər davam edir.
