big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AFFA legioner limitini dəyişdi

03.09.2013 , 11:31

AFFA-nın İcraiyyə Komitəsinin iclasının bu gün qəbul etdiyi qərarların tam siyahısı açıqlanıb. Assosiasiyanın inzibati binasında təşkil olunan tədbirdə aparılmış müzakirələrdən sonra 12 məsələ ilə bağlı qərar verilib.

Qərarlar belədi:

1. I diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksəlsin, müvafiq olaraq, Topaz Premyer Liqasından I diviziona bir komanda düşsün.

2. Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonunadək başa çatdırılsın.

3. Premyer Liqasında çıxış edən klubların nəzdində U-19 komandası yaradılsın və AFFA tərəfindən keçirilən U-19 Liqasında iştirakı təmin edilsin.

4. "Araz" (Naxçıvan) klubunun I divizionda çıxışı ilə bağlı müraciəti təmin edilsin və klubların "Araz" klubu ilə səfər oyunu üçün Naxçıvana gediş-gəliş xərci AFFA tərəfindən ödənilsin.

5. AFFA-nın U-12 Liqasının yaradılsın.

6. AFFA-nın bütün uşaq liqalarında "Yaşıl kart" qaydası tətbiq olunsun. FAIR PLAY qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən mükafatlandırılsın.

7. I divizionda çıxış edən futbolçuların limiti 2013-2014-cü il mövsümündən etibarən 6 nəfər 21 yaşadək yerli futbolçu sistemi ilə tətbiq olunsun.

8. AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi kateqoriyasına (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının baş məşqçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir) malik olmalıdır. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.

9. Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunsun və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.

10. "Gəncə" klubunun I divizionda iştirakı təmin edilsin və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov kluba AFFA tərəfindən kurator təyin olunsun.

11. AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdü təsis olunsun və bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilsin.

Son yazılar

To Top