AFFA İntizam Komitəsi ilin son iclasını keçirib.
Korner.az-ın məlumatına görə, İK 7-ci turdan təxirə salınan və ötən bazar oynanılan “İnter” – “Neftçi” matçında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Belə ki, dekabrın 25-də keçirilmiş Premyer Liqanın VII turundan təxirə salınmış oyunun 12-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu səbəbdən klub 2000 manat cərimə edilib.