Kolumbiyada narkotik qaçaqmalçılığı ilə məşğul olan bir şəbəkə Messinin porterinin içində narkotik maddə apararkən polisə yaxalanıb.
Korner.az xəbər verir ki, polis şəbəkəyə aid olan bir avtobusda Messi portretinin içərisindən 11 kq marixuana ələ keçirilib.
Polis hazırda şəbəkənin digər üzvlərinin axtarışına başlayıb. "Messinin portretinin bu işə alət edilməsinə olduqca təəccübləndik. Şəbəkənin digər üzvlərinin tapılması üçün genişmiqyaslı axtarış aparılır", deyə poli idarəsindən verilən açıqlamada qeyd edilib.