"Bakı" futbol klubunun 1996-cı il təvəllüdlü 4 futbolçusu – Ülvi Süleymanov, Əzəmət Qazayev, Valeh Seyidov, Etibar Sailov Fransanın "Lans" klubunda təcrübə keçəcək.
Korner.az-ın məlumatına görə, adı çəkilən futbolçuların Fransaya nə vaxt gedəcəkləri məlum deyil.
Lakin həmin 4 futbolçu azı bir il Fransada məşq edəcək.
