Mamayevlə Kokorin 2 ay həbsdə qalacaq
12.10.2018 , 14:45
“Krasnodar”ın futbolçusu Pavel Mamayevlə “Zenit”in hücumçusu Aleksandr Kokorin sərxoş halda iki məmuru – Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və “Birinci kanal”ın əməkdaşını döymələri səbəbindən saxlanılmışdılar.
Hər iki futbolçu dekabrın 8-nə kimi həbs edilib. Xuliqanlıqda ittiham edilən futbolçular məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, dekabrın 8-də növbəti məhkəmə prosesi keçiriləcək.