Voleybol yığmamız dünya çempionatına məğlubiyyətlə başladı
29.09.2018 , 13:58
Yaponiyada qadınlar arasında voleybol üzrə dünya çempionatına start verilib.
Turnirdə mübarizə aparan yığmamız bu gün ilk oyununa çıxıb. C qrupunda yarışan Faiq Qarayevin komandası ABŞ millisi ilə qarşılaşıb. Görüş millimizin son dünya çempionuna 0:3 hesablı məğlubiyyəti (27:29; 21:25; 21:25) ilə başa çatıb.
Qeyd edək ki, ABŞ, Cənubi Koreya, Rusiya, Trinidad və Tobaqo, Taylandla eyni qrupda yer alan komandamız növbəti oyununu sentyabrın 30-da koreyalılara qarşı keçirəcək.