Bu gün "Sumqayıt"ı qonaq edəcək "Sumqayıt" klubu ötən gün axşam saatlarında son məşqinə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tam heyətlə hazırlıqları tamamlayan Zaqatala təmsilçisi 1 saata yaxın davam edən məşq prosesində isinmə hərəkətlərindən sonra qısa ötürmələr və hücum təşkili üzərində çalışıb.
Bundan sonra istirahətə çəkilən komanda artıq matçın başlama saatını gözləyir.
Qeyd edək ki, Zaqatala şəhər stadionunda keçiriləcək "Simurq" – "Sumqayıt" qarşılaşması saat 18:00-da başlayacaq.