Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
03.09.2018 , 15:02
Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Lvov”la qarşılaşıb. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.