Türkiyə Superliqasının 6-cı turunda “Qalatasaray” “Orduspor”un qonağı olub.
Korner.az– ın məlumatına görə, görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Orduspor”un qollarını “Qalatasaray”ın sabiq futbolçuları vurublar. Bir vaxtlar “aslanlar”ın formasını geyinən Həsən Kabze oyunun 9-cu dəqiqəsində eks-komandasını cəzalandırıb. Digər qolu isə icarə əsasında “Qalatasaray”dan “Orduspor”keçən Boqdan Stanku vurub.
Bu qələbə sayəsində “Orduspor”3-cü qələbəsini qazanaraq xal sayını 12-yə çatdırıb. 13 xalı olan “Qalatasaray” isə Liqada ilk məğlubiyyətini alıb.