Rəsmiləşdi: Şehiçin yeni klubu bəllidir
07.07.2018 , 10:09
Mövsümün sonunda “Qarabağ”dan ayrılan İbrahim Şehiçin Türkiyənin “Ərzurumspor” klubuna keçidi rəsmiləşib.
Bosniyalı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. Türkiyə mətbuatı Şehiçin “Ərzurumspor”da ilinə 550 min avro qazanacağını da yazıb.
Qeyd edək ki, 2013-cü ildə 2018-ə qədər “Qarabağ”ın şərəfini qoruyan Şehiç Ağdam klubundan əvvəl Türkiyədə “Mersin idman Yurdu” klubunun formasını geyinib