FİFA Maradonaya cavab verdi
05.07.2018 , 13:25
“Haqqımızda edilən şərhlər və ittihamlar tamamilə əsassız və xoşagəlməzdir”
Bu fikirlər FİFA tərəfindən Dieqo Maradonaya cavab olaraq bildirilib. Ali futbol qurumu yaydığı bəyanatda veteran futbolçunun son olaraq İngiltərə – Kolumbiya matçının baş hakimi Mark Qeyqerlə bağlı tənqidlərinin əsassız və xoşagəlməz olduğu bildirilib: “Haqqımızda edilən şərhlər və ittihamlar tamamilə əsassız və xoşagəlməzdir. Mark Qeyqerin həmin oyundakı idarəçiliyi FİFA tərəfindən müsbət qiymətləndirilib”.
Qeyd edək ki, Maradona M. Qeyqerin Kolumbiya millisinin qapısına təyin etdiyi penalti qərarını sərt tənqid etmiş, onu oğru adlandırmışdı.