Zirə İdman Kompleksinin süni örtüyü dəyişdiriləcək.
Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, “Zirə”nin ev oyunlarını keçirdiyi stadiona təbii ot örtüyü döşəniləcək. Prosesə AFFA-nın vəsaiti hesabına iyulda başlanılacaq.