“Real” bu yay transfer pəncərəsi zamanı hücumçusu Kərim Benzema ilə yolları ayıra bilər.
Madrid klubu fransalı futbolçusunu 50 milyon avroya satmaq niyyətindədir. Bundan başqa Benzema Neymarın “Real”ın transferi baş tutacağı halda PSJ-yə də göndərilə bilər.
Qeyd edək ki, 30 yaşlı Benzema bu mövsüm La Liqada keçirdiyi 22 oyunda 4 qol vurub.