Türkiyəli voleybol mütəxəssisi Adnan Kistak yenidən Azərbaycan klubunu çalışdıracaq
Millimizin ikinci heyətinin əmanət edildiyi mütəxəssis AVF klubunun “sükanı arxası”na keçib
Yeni yaradılan komanda Kistakla mövsümün sonunadək anlaşıb. O, artıq işinə də başlayıb. Türkiyəli çalışdırıcının qarşısına baxımlı oyun nümayiş etdirmək və milliyə voleybolçu hazırlamaq tapşırığı qoyulub.
Qeyd edək ki, Kistak AVF-dək ölkəmizdə 2 klubda işləyib. O, 2009/2010 mövsümündə “Azərreyl”lə 4-cü, növbəti il isə “Şirvan”la 6-cı olub. Türkiyəli məşqçi gənclərdən ibarət milli komandamızda da çalışıb.