Millimizin futboçusu Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb.
Komanda üçüncü turda “Karvina”nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb
Ağayevin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
“Mlada Boleslav” 3 turdan sonra 1 xalla turnir cədvəlində 14-cü pilləsində qərarlaşıb.