Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatır.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçiriləcək.
III dövrəyə Qəbələdə start veriləcək. Çempionluğa 2 namizəddən biri olan Roman Qriqorçukun komandası öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək.
Günün ikinci matçı isə “İnter Arena”da oynanılacaq. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə üz-üzə gələcək.
Topaz Premyer Liqası
XIX tur
28 yanvar
15:00. "Qəbələ” – "Sumqayıt” – 1:1
Vitali Vernidub 59, // Məhəmməd Qurbanov, 53
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. "İnter” – "Kəpəz” – 4:1
Nizami Hacıyev 45+2, Fuad Bayramov 53, Abbas Hüseynov 61, Rauf Əliyev 79// Tural Axundov, 40
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena”