Braziliyanın “Korintians” klubunun 4 azarkeş qrupunun üzvlərinə ölkədəki stadionlara, o cümlədən idman fəaliyyəti ilə məşğul olunan yerlərə girişlərinə qadağa qoyulub.
Korner.az-ın məlumatına görə, buna səbəb “Gavioes de Fiel”, “Coringao Chopp”, “Camisa 12” ve “Pavilhao Nove” azarkeş qruplarının üzvlərinin matçlarda dava-dalaş salmasıdır.
Məhkəmənin qərarına riayət etməyən fanatlar 20 min Braziliya realı (təxminən 13 min manat) cərimə ediləcəklər.