Premyer Liqanın ilk turunda oyun keçirməyəcək "Bakı" ötən gün birinci divizion komandası ilə sınaq oyununa çıxıb. Korner.az-ın məlumatına görə, ölkə çempionatının I divizionunda mübarizə aparan "Lokomotiv"lə matç "zolaqlılar"ın qələbəsi ilə bitib – 4:1.
Elita təmsilçisinin qollarını Deyvidas Çesnauskis, Uinston Parks, eləcə də dubl edən Aleksandar Şoliç vurub.