big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AFFA-nın nisbi dəyər anlayışı- (YAZI)

12.03.2016 , 09:45

Azərbaycan kimi ölkədə yaşayıb, yaradıcılıqla məşğul olmaq, yetərincə çətin, bir çox hallarda isə zülmə, maddi-mənəvi iztiraba bərabər fəaliyyətdir. Hər keçən gün, nə qədər cılız,aciz və dəyərsiz olduğunu anlayır, fikirlərinin isə kreslosu olub işi olmayanlar üçün boş söz yığınından ibarət olduğunu dərk edirsən. Mahiyyətinə varanda, inanmıram ki, həmin şəxslərin nəzərində biz qələm əhlinin yazdıqları  mənasız sözlərdən daha artıq hörmətə malik olsun, böyük hissəsi axırıncı dəfə min doqquz yüz çoxdanıncı ildə qəzet səhifəsi çevirib, uzun müddət əvvəl hansı internet portalındakı tənqidi yazını oxuyub və heç vaxt sosial şəbəkədən istifadə etməyib. “Qurunun oduna yaş da yanar” misalını təqibən onların gözündə media zorlama və alt paltar xəbərləri ilə gündəm yaratmağa çalışan bir qrup axmaq və paparatsi yığınıdır. Bəli, hər nə qədər acı da olsa, bu həqiqətdir.
Əslinə qalsa, idman mediasında fəaliyyət göstərdiyimiz üçün özümüzü hardasa şanslı saya bilərik, hər halda ictimai-siyasi mətbuatla müqayisədə  burada demokratiya dəfələrlə ideal səviyyədədir.Əlbəttə, bu yazdığımdan xoş zənnə qapılıb, idman KİV-lərində hər şeyin əla vəziyyətdə olduğunu düşünmək də hədsiz optimistlik olardı. Hər halda, “Ayə, o yazını silməsəz, özünüzdən küsün, bir də reklam pulunu yuxunuzda görərsiz!” tipli “barmaq slikələmə” hadisələrini də az müşahidə etməmişik.Bəli, bura praqmatizmlə tənqidi yanaşmanın fundamentalizm  və doqmatizmə məğlub olduğu ölkədir ki, bunun da acısını çəkmişik, çəkirik və çəkəcəyik də. “Böyüyün də sözünə qulaq asmayan böyürə-böyürə qalar” sözünü də atalarımız boş yerə deməyib.
Əlbəttə, sözümün canı var. AFFA dünən növbəti XXXIII hesabat-seçki konfransını keçirdi. Gözlənildiyi, daha doğrusu bilindiyi kimi, seçkidə yeganə namizəd Rövnəq Abdullayev ardıcıl 3-cü dəfə 4 illiyə prezident seçildi, İcraiyyə Komitəsində də 10 kreslo üçün 10 namizəd seçildi. Bəli, hər nə qədər normallıq və analoq kirteriyalarından uzaq olsa da, belə şeyləri müşahidə etmək, Azərbaycan azarkeşi,oxucusu, və jurnalisti rutin hadisə, su içmək kimi bir şeydir. Sözügedən məsələ haqda idman ictimaiyyətində yetərincə tənqid xarakterli material olduğundan, artıq danışıb, başınızı ağırıtmaq istəmirəm. Tədbirdə mənim üçün əsas gözlənilməz hadisə  köhnə-yeni prezident Abdullayevin ötən ay yaradılan Media Komitəsi haqda cəmi bir neçə cümlə ilə kifayətlənməsi oldu. Daha sonra isə konfransın hesabat hissəsində AFFA-nın köhnə yeni baş katibi Elxan Məmmədov sözügedən məsələyə toxunmağı unutdu və ya lüzum görmədi. Bəli,əziz həmkarlar, əslinə qalsa, bu belə özü-özlüyündə “yuxarılar”ın bizə “barmaqarası münasibəti”nin,yaradılan komitənin isə formal xarakter daşımasının üstüörtülü bəyanı idi. Bəzən susmaq danışmaqdan daha kəsərli ifadə vasitəsidir.  Ümumiyyətlə, həmin qurumun işçi qrupuna seçilən 6 nəfərdən 4-nün (nəzərə alsaq ki, “Futbol+” qəzetinin elektron versiyası var, faktiki 5-nin) elektron KİV-dən olması yetərincə nəzərəçarpan məqam idi. Amma bu o demək deyil ki, AFFA gecəsini gündüzünə qatan qəzet əməkdaşlarına biganə yanaşır. Xeyr, əziz dostlar, AFFA adlanan qurumun özünə lazım olanda  və sərf edəndə diqqət ayırdığı idman qəzetləri də var. Daha doğrusu, var idi. Yəqin ki, söhbətin artıq fəaliyyətini dayandırmış,rəsmi saytı belə olmayan “Futbol dünyası” qəzetindən getdiyini anladız. Dünən açıqlanan hesabatda ötən il sözügedən qəzetə 146.897 manat (!!!) vəsait ayırıldığını öyrənəndə gözlərim kəllə-çarxa çıxdı. Bunlar, görəsən, nə yeyib-içirlər? Axı, demək olar ki, həmin qəzetin Azərbaycanda barmaqla sayılacaq qədər az oxucusu var idi. Əslinə qalsa, bunu keçən ilki rəqəmlə (222 min 912 manat) müqayisə edəndə yenə şükr etmək lazımdır. Maraqlıdır, idman mediasına dəstək məqsədilə yaradılan Media Komitəsinin illik büdcəsi nə qədərdir? İllik təxminən 80 min manat. Bax belə, fəlsəfənin əsas prinsiplərindən biri olan nisbilik anlayışına görə, AFFA-nın “Futbol dünyası”na verdiyi dəyər, bütün idman mediasına verdiyi dəyərdən daha çox ola bilirmiş. Axı həmin səhifələr onları tənqid etmirdi…
Ürfan Məmmədzadə

Son yazılar

To Top