Bu
gün qitənin müxtəlif çempionatlarında növbəti turun oyunları keçiriləcək.
Korner.az sizə bəzi oyunların statistikasını təqdim edir.
1. Hollandiya
çempionatı 27. tur
“Tvente” – “Zvolle”
Çempionatda
keçirdiyi son 6 oyunun yalnız birində məğlub olan “Tvente” bu məğlubiyyəti ötən
tur “Den Haq” səfərində alıb – 1:2. Buna qədər 5 oyunluq qələbə seriyasını
yaxalayan komanda turnir cədvəlində 13-cü pillədə yer alıb. Mövsüm boyu işləri
qaydasında getməsə də, son oyunlarda motivasiya toplayan “Tvente” doğma
meydanda etibarlı oyun sərgiləyir. Belə ki, 2016-cı ildə öz meydanında 4 oyun
keçirən Rene Heykin yetirmələri xal itkisi ilə qarşılaşmayıb.
“Zvolle”yə
gəlincə, 2016-cı ildə 5 səfər matçına
çıxan komanda – 3 məğlubiyyət, 1 qələbə, 1 heç-heçə alıb. Ron Cansın
yetirmələri 26 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində
yer alıb. “Niymegen” i addım-addım izləyən “Zvolle” rəqibinin sabah “Ayaks”la
qarşılaşacağı və xal itkisi ilə üzləşəcəyini nəzərə alaraq turnir cədvəlində
yüksəlmək üçün bu oyun ən azı bir xal üçün çalışacaq.
Türkiyəli
mərc həvəskarlarının bu oyunun nəticəsinə təxminləri belədi
Meydan sahibi |
65% |
Heç-heçə |
20% |
Qonaq komanda |
16% |
Q/Q |
69% |
Y/Q |
31% |
ALT |
35% |
ÜST |
65% |
2. İspaniya
Sequnda 29. tur – “Saraqosa” – “Albaset”
Bu
komandaların arasındaki son 9 oyunun hamısında ilk hissədə qol vurulub. Son 3
oyunda isə hər iki komanda fərqlənə bilib. Həm “Saraqosa”, həm “Albaset” qol
vurmaqda çətinlik çəkmir.
Meydan
sahibləri 28 turdan sonra turnir cədvəlinin 7-cisidi – 42 xal. Rəqibi isə aşağı
liqaya yuvarlanmamaq üçün mübarizə aparır – 26 xal.
“Saraqosa”
son 5 oyundu məğlub olmur. Luis Karrerasın yetirmələri doğma meydanda keçirdiyi
son 2 qarşılaşmada qələbə qazanıb. “Albaset” isə son iki səfər qarşılaşmasında
məğlub olub.Luis Sezar yetirmələrinin keçiridiyi son 5 oyunun 4-də hakim
qırmızı vərəq göstərib. Ümumiyyətlə, son 8 oyunda qələbəyə həsrət olan
komandanın “Saraqosa” səfərindən də 3 xalla dönəcəyi real görünmür.
Türkiyəli
mərc həvəskarlarının bu oyunun nəticəsinə təxminləri belədi
Meydan sahibi |
78% |
Heç-heçə |
11% |
Qonaq komanda |
11% |
Q/Q |
11% |
Y/Q |
89% |
ALT |
78% |
ÜST |
22% |
3.
Fransa 2. Liqa 30. tur “Dixon” – “Nim”
“Dixon”
turnir cədvəlinin lideridi və Fransanın əsas çempionatına vəsiqə qazanmaq
yolunda bu matç çox önəmlidi. Belə ki,
komandanın ən yaxın izləyici “Nans” bu tur məğlub olub. Olivye Dalın yetirmələri
bu matçda qələbə qazansa, xal fərqini 7-yə yüksəldəcək. “Dixon” doğma meydan
amilindən maksimum yararlanmağa çalışacaq.
“Nim”
isə son 2 turda qələbəyə həsrətdi. Son iki səfər matçında qol vura bilməyən
komandanın çempionatda keçirdiyi son 6 oyunun 5-i alt bitib.
Türkiyəli
mərc həvəskarlarının bu oyunun nəticəsinə təxminləri belədi
Meydan sahibi |
72% |
Heç-heçə |
16% |
Qonaq komanda |
12% |
Q/Q |
60% |
Y/Q |
40% |
ALT |
44% |
ÜST |
56% |
4.
İtaliya B Seriya 31. tur – “Komo” – “Çezena”
Liderlər
qrupunda – 6-cı pullədə yer alan “Çezena” bu tur qələbə qazanaq üçün əlindən gələni
edəcək. Çünki, bu qələbə komandanı bir başa 3-cü pilləyə qədər yüksəldə bilər.
Cədvəlin 3 və 4-cü pilləsində yer alan “Novara” və “Peskara” klubları bu turda
münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalardan ən azı birinin xal itirəcəyini
nəzərə alaraq “Çezena” 3 xalı qazanmaq üçün bütün qüvvəsi ilə savaşacaq. Son 3
səfər oyununda məğlub olmayan komanda hər üç oyunda ALT oynayıb.
“Komo”nun
isə taleyi məlumdu. Cədvəlin sonuncu pilləsində yer alan klub ona ən yaxın
komandadan 8 xal geri qalır. Son 8 oyunda qələbəyə həsrət olan “Komo” belə
vacib oyunda “Çezena”dan 3 xal alacağı inandırıcı görünmür.
Türkiyəli
mərc həvəskarlarının bu oyunun nəticəsinə təxminləri belədi
Meydan sahibi |
27% |
Heç-heçə |
36% |
Qonaq komanda |
36% |
Q/Q |
55% |
Y/Q |
45% |
ALT |
64% |
ÜST |
36% |
