“Santos” Neymarın “Barselona”ya keçidi zamanı müqavilədə göstərilən bonusu katalonlardan ala bilmir.
Korner.az-ın məlumatına görə, Braziliya klubu bununla bağlı bəyanat yayıb.
Neymar “Qızıl top” mükafatı uğrunda səsvermədə ilk “3-lüy”ə düşdüyünə görə La Liqa nəhəngi “sambaçılar”a 2 milyon avro ödəməlidi.
“Barsa” ötən həftə bununla bağlı qarşı tərəfə məktub göndərib və bildirib ki, iki klub arasında Neymarın transferinin dəyəri haqqında mübahisə getdiyinə görə hələ ki, bonusu ödəməyəcək.