İspaniya millisinin baş məşqçisi Visente del Boske gələn il Fransada keçiriləcək Avropa çempionatından sonra karyerasını başa vuracaq.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri məşhur “goal.com” portalı yayıb.
64 yaşlı mütəxəssisin özü açıqlamasında deyib.
“Hər şey yolunda gedərsə, “Avro-2016″nın final mərhələsindən sonra karyeramı başa vuracam. Bunu daha öncə edə bilərdim. Ancaq bir çox ispaniyalı məşqçinin çalışdığı yaşa qədər məşqçilik etmək istədim”
