“Barselona” klubunun qolkiperi Mark Andre Ter-Şteqen zədələsini sağaldıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Football-espana” yayıb.
Almaniyalı qapıçı Ter-Şteqen zədəsini sağaldıb və komanda ilə birgə məşqlərə başlayıb.
Xatırladaq ki, gənc qolkiper zədə səbəbindən kubok matçında “Vilyanovense” klubuna qarşı oynaya bilməmişdi.